Yuxarı

Elşad Abdullayevə Moskvada cinayət işi açıldı – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABU-nun keçmiş rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevə qarşı Rusiyada cinayət işi qaldırlıb.

Bu barədə "Axar.az"a mötəbər mənbədən məlumat daxil olub. Məlumata görə, o, fırıldaqçılıqda və vergidən yayınmada ittiham olunur.

Mənbənin dediyinə görə, söhbət ABU-nun Moskva filialı ətrafında baş verənlərlə bağlıdır. Abdullayev və bu filialın Malik adlı keçmiş müdiri filiala yüzlərlə tələbə qəbul etdiriblər. Moskva vilayətinin Marfino adlı kiçik kəndində filial yaradan və yüzlərlə tələbəni ora qəbul etdirdikdən sonra Bakıya köçürən Abdullayev ABU bağlanandan sonra təhsili yarımçıq qalmış tələbələri taleyin ümidinə buraxıb.

"Bu tələbələrin valideynləri filiala qəbul olunmaları üçün Abdullayevə 3-5 min dollar arası pul da veriblər. Bundan başqa elə tələbə olub ki, illik təhsil haqqını da əvvəlcədən ödəyirmiş. Məhz həmin tələbələrin valideynlərinin şikayəti əsasında Moskva şəhər Prokurorluğunda Abdullayev və Malik adlı filial müdiri barədə cinayət işi qaldırılıb. Onlar Rusiya Federasiyası Cinayət məcəlləsinin 159-cu (dələduzluq) və 198-ci (külli-miqdarda vergidən yayınma) maddələri ilə ittiham olunurlar. Bundan başqa Moskva univeristetlərindən birinin müəllimi, hüquq elmləri namizədi Oqtay adlı birinin də qeyri-qanuni tələbə köçürülməsində iştirakı təsdiqlənib. Hazırda onun barəsində araşdırma gedir".

Məlumata görə, Abdullayev və dəstəsi filialın mövcud olduğu illər ərzində bir rubl da olsun vergi ödəməyiblər.

Araşdırma davam edir. Abdullayev və dəstəsi barədə ilginc faktları təqdim edəcəyik.

Tarix
2014.03.27 / 19:14
Müəllif
Ceyhun Səmədov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla