Yuxarı

Obama Papa ilə Krımı müzakirə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama Katolik aləminin ruhani lideri Papa Fransiskonu Vatikanda ziyarət edib.

"Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Obamanın Papa Fransisko ilə görüşündən əvvəl ciddi təhlükəsizlik tədbirləri görülüb.

Görüş zamanı Obama Papa Fransiskonun "böyük bir pərəstişkarı" olduğunu deyib. İki liderin gündəmində Krım, Suriya, insan hüquqları problemləri, Yaxın Şərqdəki sülh prosesi və Afrika kimi müxtəlif mövzular müzakirə olunub.

ABŞ-dakı Katolik səhiyyə təşkilatlarının fəaliyyəti ilə bağlı Vaşinqtonla Katolik Kilsəsi arasındakı münaqişənin görüş zamanı gündəmə gəlib-gəlməyəcəyi maraqla gözlənilib. Məsələ ondan ibarətdir ki, amerikalı yepiskoplar kilsəyə məxsus xəstəxanalarda aborta etiraz ediblər. Bununla yanaşı Obamanın homoseksualların evlənməsi məsələsindəki mövqeyi də din xadimləri tərəfindən tənqid olunub.

Qeyd edək ki, Obamanın İtaliya prezidenti Corcio Napolitano və Baş nazir Matteo Renzi ilə görüşəcəyi gözlənilir.

Tarix
2014.03.27 / 18:23
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla