Yuxarı

Suriyada daha iki azərbaycanlı öldürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb.

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, ölən döyüşçülər "İraq Şam İslam Dövləti" silahlı qruplaşması tərkibində vuruşan "Səlahəddin" və "Ləzgi Həmzə" ləqəbli Azərbaycan vətəndaşlarıdır.

"Səlahəddin" ləqəbli azərbaycanlının əsl adının Mahmud, özünün isə Azərbaycanın Şəki rayonundan olduğu bildirilir.

Mücahidlər hər iki şəxsin fotosunu da sosial şəbəkələrdə paylaşıblar.

Onların bir müddət əvvəl öldürüldüyü bildirilir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yayılıb.

Tarix
2014.03.27 / 18:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla