Yuxarı

Azərbaycanda bəzi avtomobillər qadağan edilə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda avtomobil mühərrikinin qazları xaric etmə sisteminə tələblərə cavab verməyən dəyişiklik edildikdə nəqliyyat vasitəsinin istismarı qadağan edilə bilər.

"Axar.az"ın "Trend"ə istinadən verdiyi məlumata görə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" qanun layihəsi hazırlanıb.

Dəyişikliyə əsasən, "Yol hərəkəti haqqında" qanuna 1 saylı əlavənin - "Nəqliyyat vasitələrini istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı"nın VI bölməsinə 4-cü bənd əlavə edilməsi nəzərdə tutulur. Əlavəyə görə, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə nəqliyyat vasitəsinin istismarı qadağan edilə bilər.

Qanun layihəsinin Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin iclasında müzakirə edilərək parlamentin plenar iclasına çıxarılması barədə qərar qəbul edilib.

Tarix
2014.03.27 / 18:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla