Yuxarı

Ermənistan prezidenti olacaq Azərbaycan vətəndaşı kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti olacaq Seyran Ohanyan Azərbaycan vətəndaşıdır.

"Axar.az"ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, Seyran Ohanyan 1962–ci ildə Şuşa şəhərində anadan olub və o, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib.

Seyran Ohanyan hərbi liseyi bitirdikdən sonra Xocalı qətliamını törədən məlum 366-cı motoatıcı alayda 80-ci illərin sonu 90-cı illərin əvvəlinə kimi xidmət edib, burada leytenant rütbəsindən mayor rütbəsinə qədər yüksəlib. 1992-ci ildə fevralın 25-26-da Seyran Ohanyan 366-cı motoatıcı alayın ermənilərdən təşkil olunmuş 2-ci batalyonunun komandiri kimi Xocalı faciəsinin törədilməsində iştirak edib.

1999-2007-ci illərdə qondarma "Dağlıq Qarabağ respublikası"nın müdafiə naziri olub.

Xatırladaq ki, "Aykakan Jamanax" qəzetinin yaydığı bir xəbərdə hazırda Ermənistanın Müdafiə naziri olan Seyran Ohanyanın prezidentlik kürsüsü üçün hazırlandığı bildirilib: "2017-ci il seçkilərindən sonra S.Ohanyan baş nazir elan ediləcək. Bir il sonra isə keçiriləcək prezident seçkilərində o, prezident olacaq. Ardınca isə Serj Sərkisyan Baş nazir təyin olunacaq. Daha sonra yeni prezident Baş nazir səlahiyyətlərini parlament vasitəsilə artıracaq".

Tarix
2014.03.27 / 17:37
Müəllif
Elçin Aslangil
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla