Ana səhifə Kult |
"Mən "Ulduz"un baş redaktoru kimi aprelin 5-dən fəaliyyətə başlayacam".
Bu sözləri "Axar.az"a açıqlamasında "Ulduz" jurnalının yeni baş redaktoru Qulu Ağsəs deyib.
O, Ayaz Vəfalının səhhətilə əlaqədar işdən uzaqlaşdırıldığını söyləyib: "Bu gün Yazıçılar Birliyində iclas keçirildi. İclasda səhhəti ilə bağlı Ayaz Vəfalının "Ədəbiyyat" qəzetindən çıxarıldığı bildirildi. Onun yerinə Elçin Hüseynbəyli, mən də "Ulduz"a təyin olundum. Sabah təqdimat olacaq. Aprelin 5-dən etibarən fəaliyyətə başlayacam".
Q.Ağsəs əsas məqsədinin "Ulduz"u gənclərin tribunasına çevirmək olduğunu qeyd edib: "Əvvəla, "Ulduz"un dizaynını dəyişmək istəyirəm. Bircə amalım var, o da yaxşı jurnal çıxartmaqdır. Bu jurnalı gənclərin tribunasına çevirib ləyaqətli bir mətbu orqan kimi çap etdirmək istəyirəm".
Qeyd edək ki, Qulu Ağsəs bu vaxta qədər "Ulduz" jurnalında baş redaktorun müavini vəzifəsini icra edib.
Tarix
2014.03.27 / 17:28
|
Müəllif
İlkin Həsənov
|