Yuxarı

Ailəsi öldürülən Xalq artisti danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün gəlinimin üzünü plastik əməliyyat etdilər. Təzəcə əməliyatdan çıxıb, hələ narkozdan ayılmayıb".

"Axar.az" "Modern.az"a istinadən xəbər verir ki, bunu avtomobil qəzasına düşmüş xalq artisti, tarzən Ağasəlim Abdullayev xəstəxanada olan gəlinin vəziyyəti ilə bağlı açıqlama verərəkən bildirib:

"Üzündə cırılmış çapıq, burnunda sınıq vardı, ona görə əməliyyat olundu. Klinik Tibbi Mərkəzdə olarkən tikmişdilər, amma yaxşı alınmamışdı. Özəl kllinikada yenidən əməliyyat olundu".

Öz səhhətinin normal olduğunu deyən tanınmış tarzən heç bir şeyə ehtiyacının olmadığını bildirib.

Qeyd edək ki, Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada mahir tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb. Qəzanın səbəbkarı isə "Mercedes-Benz G-55" avtomobilinin sərxoş sürücü, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur.

Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini vəzifəsindən azad edildi. Məmur oğlunun özü isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2014.03.27 / 17:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla