Yuxarı

Silahlı Qüvvələrə basqının arxasından Gülən çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin bunkerinə girmək üçün Arınca "sui-qəsd təşkil olunacaq" iddiasından istifadə edən gülənçilərin möhtəşəm planı ortaya çıxıb.

"Axar.az" xəbər verir ki, 2009-cu il dekabrın 20-də paytaxt Ankaranın Çuxurambar bölgəsində fövqəladə vəziyyət yaranıb. Bölgədə əməliyyat təşkil edən polislərdən bir polkovnik və bir mayor "Baş nazir müavini Bülənt Arınca sui-qəsd hazırlayırlar" iddiası ilə həbs olunub. Həbs olunanların sayı bir gün sonra 8-ə yüksəlib. Ən çox marağa sahib olan hadisə isə Baş Qərargahın nəzdində olan Səfərbərlik İdarəsinin bunkerində axtarış aparılması olub. Çox az TSQ hərbçisinin özəl şifrələrlə girə bildiyi bu bunkerin ən böyük özəlliyi isə milli təhlükəsizliklə əlaqədar çox gizli məlumat və sənədlərin qorunduğu yer olmasıdır. İstintaq işi xüsusi səlahiyyətli prokuror Mustafa Bilginə həvalə edilib. Və bir neçə gündən sonra bunkerdə axtarış bitib. Həbsdə olan hərbçilər isə azad edilib.

Pensilvaniya planlaşdırması

Beş il əvvəl baş verən bu hadisə ilə əlaqədar indiyə qədər bir açıqlama verilməyib. Etibarlı mənbələr "Arınca sui-qəsd" istintaqının arxasında "Gülən hərəkatı"nın olduğunu iddia edir. Dərin plan Pensilvaniyada cızılıb, Ankarada həyata keçirilib. Planın həyata keçiriləcəyi vaxtı da bilərəkdən "Ərgənəkon" prosesi ilə eyni zamana salıblar. "Gülən hərəkatı"nın məqsədi TSQ-yə sızan kadrların neçəsinin deşifrə olduğunu öyrənmək və milli təhükəsizliklə əlaqədar sirlərə yiyələnmək olub.

Tarix
2014.03.27 / 16:15
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla