Yuxarı

Azərbaycan BMT-də Ukraynanın mövqeyini dəstəkləyəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 27-də BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı keçirəcəyi iclasda Ukraynanın suverenliyi, siyasi müstəqilliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamə layihəsinin müzakirəsində Azərbaycan rəsmi Kiyevin mövqeyini dəstəkləyəcək.

"Axar.az" APA-ya istinadən məlumat verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin bəyanatında deyilir.

"Azərbaycan Respublikasının Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan tərəfi ekstremizm, radikalizm və separatizmin istənilən formalarını pisləyir, beynəlxalq sülh və təhlükəsizliyin, o cümlədən BMT üzv dövlətləri arasındakı münasibətlərin özəyini təşkil edən suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə dönməz bağlılığını bir daha təsdiqləyir. Azərbaycan BMT-yə üzv-dövlətlər arasında bütün mövcud münaqişələrin yuxarıda qeyd olunan prinsiplər əsasında siyasi dialoq vasitəsilə həllinin tərəfdarıdır" - bəyanatında deyilir.

Azərbaycan səfirliyi Ukraynanın "İnter" televiziya kanalında 26 mart 2014-cü il tarixində efirə verilmiş xəbərlər buraxılışında jurnalist Dmitri Yevçinin reportajında qeyd olunan xəbərə münasibət bildirərək bəyan edir ki, martın 24-25-də Strasburqda keçirilmiş Avropa Şurası yerli və regional hökumətləri konqresinin iclasında Rusiya Federasiyasının Vladimir vilayətinin qubernatoru, iclasda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Svetlana Orlovanın guya Azərbaycanın Krımda 16 mart 2014-cü il tarixində keçirilmiş referendumu tanıdığını və Rusiya Federasiyasının Krımı federasiya subyekti kimi qəbul etməsini dəstəklədiyi fikri tamamilə əsassızdır: "Əksinə, iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üzvü Anar İbrahimov qətiyyətlə Krımın ilhaq edilməsini pisləyən qətnamənin lehinə səs verib".

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyini hələ məsələ ilə bağlı rəsmi bəyanat yaymayıb.

Tarix
2014.03.27 / 14:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla