Yuxarı

Nazir: “7 ildə maaşımın bir qəpiyini də götürməmişəm”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 17 dekabr rüşvət və korrupsiya əməliyyatından sonra vəzifəsindən istefa verən eks-İqtisadi İnkişaf naziri Zəfər Çağlayan CHP lideri Kamal Kılıçdaroğluyla bağlı çox sərt sözlər işlədib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş nazir sözlərini Türkiyədə Tarsus mahalının Qovaqlı və Çağlayan məhəllələrində təşkil edilən mitinqlərdə deyib. Çağlayan Türkiyədə yüz ildə bir gələ biləcək bir liderin çıxdığını, bunun kimlərisə narahat etdiyini söyləyib: "Elə bir Baş nazirimiz var ki, yeddi dünya birləşsə onu əzməyə imkan vermərik".

Çağlayan Kılıçdaroğlunu məhkəməyə verdiyini bildirib və ona meydan oxuyub:

"Kılıçdaroğlunu məhkəməyə vermişəm. Məhkəmədə qazandığım pullarla Mersin şəhərində hamıya "tantuni" paylayacam. Çıxıb mənim haqqımda deyir ki, "bu nazir saat alıb". Baxın, mən 7 ildə millət vəkili maaşımın bir qəpiyini də götürməmişəm, hər ay 100 tələbəyə təqaüd vermə şərəfinə nail olmuş bir qardaşınızam. Kamal Kılıçdaroğlu, buradan sənə meydan oxuyuram. Saat hədiyyə alan da, saat hədiyyə verən də, "hədiyyə saat aldı" deyən də alçaqdır, namussuzdur, vicdansızdır. Axşama qədər dedi-qodu, yalan danışmaq, iftira atmaqla məşğulsunuz".

Tarix
2014.03.27 / 14:07
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla