Yuxarı

Azdramanın direktoru aktyorların aksiyasını təsdiqlədi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Teatrımızda nə narazılıq edən, nə də aksiyaya hazırlaşan var. Bizim aktyorlar aksiyanı səhnədə edir".

Bu sözləri "Axar.az"a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov dram aktyorlarının etiraz aksiyasına hazırlaşmasına münasibət bildirərkən dedi.

Direktor deyir ki, bu, saytların boşluqdan yaydığı şayiədir: "Bu xəbəri baharın gəlişi ilə yenilik olsun deyə yayıblar. Ancaq qətiyyən belə bir hal yoxdur teatrımızda. Narazılıq olsaydı, hiss edərdim. Aktyorlar da bunu şəxsən özümə bildirərdilər".

İ.İsrafilov aktyorlarla heç bir probleminin olmadığını da əlavə etdi: "Mən aktyorlarla daimi ünsiyyətdəyəm".

Xatırladaq ki, "Aznews.az"a adlarının çəkilməsini istəməyən aktyorlarının verdiyi xəbərə görə, teatrın direktoru İsrafil İsrafilovun idarəçilik sistemi, islahat adı ilə gördüyü işlər kollektivi həvəsdən salıb və hövsələdən çıxarıb. Aktyorlar yaxın günlərdə bir yerə toplanaraq İsrafil İsrafilovun teatrda rəhbər kimi istefasını tələb edəcəklərini bildiriblər.

Tarix
2014.03.27 / 11:39
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla