Yuxarı

Nurçuların telekanalı bağlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə nurçulara məxsus olan "Kanaltürk" telekanalının ölkə miqyaslı yayım lisenziyası Radio Televiziya Üst Kurulu (RTÜK) tərəfindən ləğv edilib.

APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, RTÜK öz qərarını bu barədə məhkəmə qərarının olması ilə əsaslandırıb. Qərara əsasən "Kanaltürk" ölkə miqyasında deyil, yalnız regional yayımla məşğul ola bilər. RTÜK-ün Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası tərəfindən seçilmiş üzvləri qərarın əleyhinə səs veriblər.

Fətullah Gülən tərəfdarlarına məxsus "Kaynak Holding"in mərkəzi ofisində isə MASAK (Maliyyə Suçlarını Araşdırma Kurulu) əməkdaşları və İstanbul polisi tərəfindən axtarış başlanıb. Çirkli pulların yuyulması və vergi gizlətmək ittihamı ilə aparılan istintaq çərçivəsində holdinqin maliyyə-mühasibat sənədləri və kompüterləri müsadirə edilib. Qeyd edək ki, holdinqin tərkibində 16 müxtəlif sektorda fəaliyyət göstərən 23 şirkət var. Bu şirkətlərdə 7 minə yaxın insan çalışır.

Tarix
2014.03.27 / 10:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla