Yuxarı

Öldürülən səhra komandirinin kəndindən reportaj – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hüquq mühafizə orqanlarının əməkdaşlarının Dağıstanda apardığı əməliyyat zamanı öldürdükləri 5 nəfərdən biri azərbaycanlı olub. Rusiya tərəfi Tural Atayevin qanunsuz silahlı birləşməyə rəhbərlik etdiyini iddia etsə də onun Balakəndə yaşayan ailəsi bundan xəbərsiz olduğunu iddia edir.

Dağıstanda xüsusi əməliyyatda öldürülən Tural Atayevin meyidini almaq üçün yaxınları danışıqlar aparır.

Dağıstanda həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülən Balakən sakini Tural Atayevin valideyinləri və yaxınları onunla bağlı hər hansı məlumatı verməkdən imtina etdilər. Övladlarının silahlılara qoşulması barədə xəbərsiz olduqlarını iddia edən valideynləri Turalın Bakıda təhsil aldığını bir neçə il əvvəl Rusiyaya getdiyini söylədilər.

Onu da öyrənə bildik ki, hazırda yaxınları Tural Atayevin meyidinin alınması ilə bağlı danışıqlar aparır.

Kənd rəsmilərinə müraciətimiz isə bəzi məqamlara aydınlıq gətirdi.

Mahamalar kəndinin icra nümayəndəsi Sabir Əliyevin sözlərinə görə Turalın vəhabi təriqəti və silahlı dəstələrə qoşulması ilə bağlı onlara 4-5 ay əvvəl məlumat daxil olub. Kənd rəsmiləri də həmin ailə ilə görüşərək Turalı bu işdən yayındırmağı yaxınlarından xahiş ediblər.

İcra nümayəndəsi Sabir Əliyev: "Ailə sakit ailədir. Bir dəfə məlumat gəlmişdi ki, o uşaq o yola düşüb, biz də getdik evlərinə əmisi ilə görüşdük. Dedi biz bilmirik o uşaq hardadır. Məlumatımız yoxdur, bizə başqa yerdən məlumat gəldi ki, Rusiyadadır, Dağıstandadır. Biz uşaqla çox maraqlanmışıq, çünki onu bizdən soruşmuşdular.

Rusiya güc strukturlarının açıqlamasına görə, Tural Atayev digər 4 silahlı ilə birlikdə öldürülüb. O, keçən ilin dekabr ayında Pyatiqorsk şəhərində baş vermiş terrorun əsas təşkilatçılarından hesab edilir. Bu barədə yayılmış məlumatda bildirilir ki, Atayevin dəstəsi çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetirib, iş adamlarından reket yolu iri məbləğdə pullar alıb, partlayışlar təşkil edib (ANS).

Tarix
2014.03.27 / 10:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla