Yuxarı

Bəşər Əsəd hakimiyyətdən salındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb Liqası Suriyanın müxalifət təmsilçisi olan Suriya Milli Şurasına liqa tərkibində mandat ayırmağa razılıq verib.

Küveytin eyni adlı paytaxtında baş tutan 25-ci Ərəb Liqası sammitində Suriyanın gələcəyi gündəmin əsasını təşkil edib.

Liqanın baş katibi Nəbil Ələrəbi mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, Suriyada sülhün bərqərar olması üçün rəsmi Dəməşq və müxalifət nümayəndələrinə qarşı təzyiqlər davam etdirilir:

"Cenevrə danışıqlarının bərpa edilməsi üçün hər iki tərəfə qarşı təzyiqlər göstərilir. Növbəti görüşlərdə, nəhayət ki, müəyyən uğurlar əldə olunmasına çalışacağıq".

Suriya Milli Şurasının mətbuat katibi Luey Səfi Ərəb Liqasının dəvəti ilə bağlı münasibət bildirib. Müxalifət təmsilçisi qeyd edib ki, Milli Şura Ərəb Liqasından əsasən müxalifətə və Suriya xalqına dəstək olmasını tələb edəcək:

"Biz rejimin bombardmana son qoymasını, qətliamları dayandırmasını və keçid hökumətinin bərqərar olmasını istəyirik. Ərəb Liqası buna nail olmağa çalışmalıdır. Digər bir halda isə, ən azından, nahaq qanın tökülməsinə son vermək lazımdır". (ANS)

Tarix
2014.03.26 / 22:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla