Yuxarı

Ölkəmizdəki nurçuluqla bağlı ABŞ səfirinin dosyesi - Vikiliks

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxtəlif ölkələrdə çalışan ABŞ diplomatlarının Vaşinqtona ünvanladığı hesabat xarakterli məxfi məktublarını açıqlayan məşhur "Vikiliks" (WikiLeaks) saytında vaxtilə yayımlanmış, amma o zaman fərqinə varılmayan Azərbaycandakı nurçuluqla bağlı sənədlər hazırda diqqət çəkməyə bilməz.

"Axar.az" xəbər verir ki, "Vikiliks" ABŞ-ın Azərbaycandakı səfirliyində hazırlandığı bildirilən və birbaşa Azərbaycandakı nurçuluğa həsr olunan 10 xülasədən ibarət sənəd yayıb. Sənədlərdə nurçuluğun tarixindən, Azərbaycanda yaranmasından, təhsil adıyla ölkəmizdə yaradılan mərkəzlərindən bəhs edilir. Sənədlərdə ölkəmizdə kifayət qədər çəkisi olan və nurçulara xidmət edən bir çox ictimai-siyasi şəxslərin adları da çəkilir.

Sənəddə önəmli hesab etdiyimiz hissələri təqdim edirik:

Fətullah Gülən şəbəkəsi Azərbaycanın İslam səhnəsinin bir komponentidir. 1992-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən özəl türk şirkəti olan "Çağ öyrətim" (Müasir təhsil) Azərbaycanda bir Universiteti (Xəzər Universiteti) və ən azı on iki orta məktəbi özündə birləşdirir.

Gülənçi şəbəkə Azərbaycanda həmçinin bir neçə media və yerli türk biznes şərkətinə də rəhbərlik edir.

F.Gülən altmışdan çox kitabın müəllifi olan türk-islam müəllimidir. Gülənin baxışları elmi və islam dinini birləşdirərək müsəlman dünyası çərçivəsində renessansın əhəmiyyətini göstərir. Gülənin fikirləri Afrika, Latın Amerikası, Avropa, Türkiyə və Orta Asiyanın bir çox ölkələrində 500-dən çox məktəbin yaradılmasında istifadə olunub və o cəbhədə birləşənləri "Gülən hərəkatı" adlandırırlar. Türk biznesmenlər arasında əhəmiyyətli dəstəyə malik olan Gülən 1998-ci ildən ABŞ-da yaşayır. Gülən XIX-XX əsrdə yaşamış türk teoloq Səid Nursinin tələbəsi olub. Nursinin ölümündən sonra onun tələbələri arasında bölünmə yaranıb və Fətullah Gülən ən görkəmli şagird kimi meydana çıxıb. Və onun ardıcılları "nurçu" adlandırılmağa başlanıb. Gülənçilər özlərini nurçu hesab etmir, baxmayaraq ki, Gülən və nurçu təlimləri arasına bir neçə incə teoloji fərq var.

Azərbaycandan yerli İslam eksperti Nəriman Qasımoğlu bizə dedi ki, Gülənçi təsir monolit və ya tam formalaşdırılmış deyil. Qasımoğluna və başqa məlumatlandırıcı mənbələrə görə, Gülənin təlimləri geniş fəlsəfi orientasiyanı təmsil edir.

Yerli ekspertlərin fikrincə, Azərbaycanda Gülənçi təsir hər yerdən çox onun məktəb və kurslarında hiss edilir. Kurslarda texniki elmlərə, daha çox riyaziyyata üstünlük verilir. Tədris planına etika və fəlsəfə kursları daxildir, amma ilahiyyata heç bir yer verilməyib.

Pedaqoji təşkilatlarla yanaşı, Azərbaycanda bir neçə media şirkəti də Gülənçi qruplaşmanın əlindədir. "Xəzər" Tele-radiosu, "Zaman" qəzeti, "Bürc FM" radiostansiyasından tutmuş yerli dini ekspert Elşad Miriyə və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin işçisi Aqil Hacıyevə qədər, hamısı onlara aiddir. Elşad Mirinin səfirliyə dediyinə görə, Gülənçilər həmçinin Azərbaycanda türk şirkətlərinin sayını artırmaq üçün Azərbaycan Türkiyə Sənaye və İş adamı birliyi (TUSİAB) ilə sıx əməkdaşlıq edirlər.

Azərbaycan hakimiyyəti ilə yaxşı münasibətlər

Ümumiyyətlə, GOAJ Azərbaycanda xarici missionerlərin, xüsusilə Fars körfəzi ölkələrindən sələfi aktivistlərin, Səudiyyə Ərəbistanından vəhabilər və İran şiələri kimi islam missionerlərinin fəaliyyətlərinin qarşısını almağa can atır.

Bakı Dövlət Universitetinin professoru və islam üzrə eksperti Altay Göyüşova görə, siyasi baxımdan xaos dövrü olan 1990-cı illərdə türk missionerlərin iştirakı ilə GOAJ-ın Fars körfəzi ölkələri və İrandan gələn xarici missionerlər üzərində az da olsa nəzarəti var idi. Gülənçilər Azərbaycana girən tək türk dini yönümlü qrup deyil, ancaq bu, ən yaxşılardan biridir. Göyüşov və başqa yerli nümayəndələrin dediyinə görə, "Çağ öyrətim" GOAJ-la əlaqələrini yaxşı saxlamaq üçün qeyri-rəsmi "istismar haqqı" ödəməkdə davam edir.

Hökumətin xəbərdar etdiyi şəxslərinin uşaqları "Çağ öyrətim" məktəblərinə gedir. Elşad Mirinin sözlərinə görə, onların içində Prezident Administrasiyası təmsilçilərinin uşaqları "Çağ öyrətim" məktəblərinə gedir.

Gülənçilər və Azərbaycan hökuməti arasındakı əlaqələrdə adı tez-tez hallanan Prezident Administrasiyasının Siyasi analiz şöbəsinin rəhbəri Elnur Aslanovdur. Aslanov Aparatda daha gənc üzvdür və özü Mehdiyevə bilavasitə məlumat verir. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin işçisi Aqil Hacıyev də bizə dedi ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov "Çağ öyrətim" işçiləri ilə isti əlaqələrə malikdir.

Azərbaycan elitaları "Çağ Öyrətim"in dünyəvi təhsil vermələrinə imkan yaradır, məsələn, Azərbaycan hakimiyyət orqanları BDU-da ilahiyyat fakültəsinin fəaliyyətinə imkan versələr də, 2001-2002-ci illərdə Qafqaz Universitetinin ilahiyyat fakültəsini bağladı.

Gülənçilər Universitet tələbələri üçün "nur evləri" adlanan ucuz yaşayış evləri təşkil edirlər. Biz Bakıda bu "nur evlərindən" birində qalan azərbaycanlı ilə görüşmüşük, məlum olub ki, onların hətta şəxsi həyatına da nəzarət edilir və onların istədikləri adamla evlənməkləri qadağandır.

Tarix
2014.03.26 / 22:00
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla