Yuxarı

Azərbaycanlı güləşçinin öldürülməsi ilə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Güləş Federasiyası Suriyada azərbaycanlı güləşçinin öldürülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Suriyada öldürülən azərbaycanlı güləşçi Ceyhun Əliyev yox, Ceyhun Bayramovdur.

C.Bayramov əvvəllər yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü olub. O, respublikada keçirilən yarışlarda yer qazansa da, Avropa çempionatlarında ümumiyyətlə iştirak etməyib. C.Bayramov təxminən bir-iki il əvvəl yığmadan ayrılıb.

Federasiyanın mətbuat xidmətindən C.Bayramovun Azərbaycan yığmasının üzvü olduğu zaman saqqal saxlamadığını deyiblər.

Qeyd edək ki, Suriyada son günlər öldürülən azərbaycanlılardan ikisinin Sumqayıt sakini olduğu məlum olub. APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Bayramov Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir.

Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Bayramov bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib.

Mücahidlər C.Bayramovun fotosunu da yayıblar/

Tarix
2014.03.26 / 19:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla