Yuxarı

Azərbaycan qan davasına doğru gedir – SOS

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son aylar qohumlar arasında tükürpədici cinayət hadisələrinin sayı artıb. Elə iki həftə öncə Yasamal rayonunda Tahir Əliyev adlı vətəndaş çoxsaylı bıçaq zərbələri ilə qardaşı oğlu İlhamın həyatına son qoyub. Ötən ay isə 23 yaşlı Əsgəralı Abbasov 3 dayısını yandıraraq öldürüb.

Bu qəbildən olan bir çox cinayət faktı sadalamaq olar.

Bəs nə baş verir?

"Axar.az"ın bu sualını cavablandıran keçmiş polis rəisi Mahmud Hacıyev deyir ki, qohumlar arasında artmaqda olan cinayət hadisələri gələcəkdə qan davasına gətirib çıxara bilər. Onun sözlərinə görə, qohumluq münasibətləri gərgin olan cəmiyyətlərdə proses qan davasına doğru gedir.

M.Hacıyevin fikrincə, heç bir cəmiyyət qan davasından sığortalanmayıb: "Bu da psixoloji gərginliklə əlaqəlidir. Ailələr arasındakı soyuq münasibətlər cinayətlərin sayını artırır. Belə cinayətlərin başında elə də ciddi səbəblər dayanmır.

Əvvəllər qohumlar arasındakı problem ailə böyükləri vasitəsilə həll edilirdi. Ancaq son illər ailə daxilində böyük-kiçik münasibətləri, ictimai qınaq məhv olmuş səviyyədədir. Qohum cinayətlərinin kökündə də dayanan səbəb budur. Ən acınacaqlısı isə qohum cinayətlərinin xüsusi amansızlıqla həyata keçirilməsidir".

Ekspertin fikrincə, cəza mexanizmini sərtləşdirmək belə, cinayət hadisələrinin qarşısını ala bilməz: "Uzun müddət öncə Rusiya Dumasına aparıcı hüquq institutlarının 200-dən çox alimi müraciət etmişdi ki, belə cinayət hadisələrinin qarşısının alınması üçün ölüm hökmü qaytarılsın. Ancaq bu, praktik cəhətdən düzgün metod deyil".

Psixoloq Dəyanət Rzayev isə deyir ki, ailədaxili cinayət hadisələrinin artması cəzasızlıqla bağlıdır: "Ədalətli məhkəmə olsa, qohumlar yaranmış konflikti özləri həll etməyə can atmaz. Psixoloji olaraq artıq zərərçəkən tərəf bilir ki, yaxınını qətlə yetirmiş qohumu layiqli cəza almayacaq. Belə məqamlarda bəzən ailə böyükləri cəzanı özləri verməyi əmr edir".

Psixoloq deyir ki, belə insanlar psixopatik insanlardır: "Bunlar nə özləri yaşaya bilir, nə də ətrafındakılara yaşamağa imkan verir. Bizim cəmiyyət psixoloji olaraq qan davası kimi cinayətlərə meyllidir. Bu meyllilik və cəzasızlıq qan davasına səbəb olur. Hələ uzun müddət belə davam etsə, vəziyyət daha acınacaqlı hal alacaq".

Tarix
2014.03.26 / 18:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla