Yuxarı

Napoleonun qohumları etiraz etdilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın görkəmli imperatorunun əşyaları hərraca çıxarılsa da, son anda satılmayıb.

Məşhur Osenat hərracı Fransa imperatoru Napoleon Bonapartın 100 gün hakimiyyətdə olduğu Fontenblodakı əşyaları hərraca çıxarsa da, son anda bu əşyalar satılmayıb.

Hərracın başlamasına bir neçə dəqiqə qalmış həmin əşyalar satışdan çıxarılıb. Buna imperatorun qohumlarının etirazı səbəb olub.

Satışa imperatorun ölüm günü geyindiyi köynək, ayaqqabısı, şalvarı, o cümlədən əlyazmaları və digər şəxsi əşyaları çıxarılıb. Bundan başqa hərracda 2 dəsmal, gecə gəzintisində istifadə etdiyi əl ağacı, fil sümüyündən hazırlanmış bıçaq nümayiş olunub.

Mütəxəssislər sərkərdənin batist köynəyini 30-40 min, əl ağacına 15 min avro, manjetləri isə 8-10 min avro dəyərində qiymətləndirirlər.

Geyimləri illər boyu Napoleonun köməkçisi Aşill Arşambo saxlayıb və yuyulmasına imkan verməyib. Arşambonun ölümündən sonra isə imperatorun geyimlərini onun ailəsi qoruyub ("Azvision.az").

Tarix
2014.03.26 / 17:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla