Ana səhifə Planet |
Dünyaın dizayn və memarlıq baxımından ən müasir məscidi Almaniyanın Köln şəhərindədir.
"Axar.az" məlumat verir ki, Türkiyənin böyük şirkətlərindən birinin iştirakı ilə Köln şəhərində Avropanın ən böyük məscidi tikilməkdədir.
Nə qədər qəribə səslənsə də, xristian ölkəsində yerləşən bu məscid 34 milyona yaxın avro dəyərində vəsaitlə tikilir və sayca Avropanın mininci məscidi olacaq.
Məscid iki min nəfərin bir anda namaz qılması üçün üçün nəzərdə tutulub. Burada Almaniyanın 4 milyonluq müsəlman cəmiyyəti üçün gözəl xidmətlər və dini ayinlərin icrası üçün əlverişli şərait yaradılıb.
Köln şəhər meri alman mətbuatına açıqlamasında deyib ki, bu məscidin tikilməsi ilə Köln şəhəri dünyada məşhur olacaq.
Məsciddə insanların rahat kitab oxuması üçün kitabxana da fəaliyyət göstərir.
Tarix
2014.03.26 / 15:45
|
Müəllif
Nigar İxtiyarqızı
|