Yuxarı

Ukraynalı hərbçilər Krımı silahsız tərk edirlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

1500 ukraynalı hərbçi Krımı tərk edir. Onlar hərbi xidməti Ukraynada davam etdirmək istəyirlər. Hərbçilər və onların ailələri Krımdan silahsız və dəmir yolu ilə çıxarılacaqlar.

Bu barədə İTAR-TASS agentliyi xəbər verir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, Sevastopolda Lazarev küçəsi, ev 6 ünvanda ukraynalı hərbçilər üçün müvəqqəti qeydiyyat məntəqəsi açılıb. Habelə onlar üçün martın 26-dan plaskartlı sərnişin vaqonları ehtiyatda saxlanır ki, onlar Ukraynaya gedən sərnişin qatarlarına qoşulacaqlar.
Sevastopolda səkkiz, Simferopolda, Yevpatoriyada, Feodosiyada hər birində iki, Kerçdə isə bir vaqon qeydiyyata alınıb.

Rusiya-Ukrayna sərhəddini keçdikdən sonra Krımdan gələn bütün hərbçilər Ukraynanın А-1978 saylı hərbi hissəsində yaradılan Novoalekseyevsk stansiyasındakı toplama məntəqəsinə gedəcəklər. Orada onlar yeni xidmət yerinə təyinat alacaqlar.

Qeyd edək ki, martın 26-da Ukraynanın Krımda yerləşdirilmiş 193 hərbi hissə və müəssisələrinin hamısında Rusiya bayraqları qaldırılıb.

Gerasimov bildirib: "Hərbi hissə və müəssisələrdə hərbi əmlakın inventarizasiyası və şəxsi heyətin təkrar attestasiyası keçiriləcək" ( Trend ).

Tarix
2014.03.26 / 12:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla