Ana səhifə Gündəm |
Avropa Birliyi ölkələri ümid etmək istərdi ki, Rusiyaya qarşı sanksiyaların üçüncü mərhələsinə ehtiyac olmayacaq.
Lakin əgər lazımdırsa, onlar Avropadakı sabitliyi qorumağa hazırdır. Biz oxşar ssenarilərin Avopanın digər bölgələrində təkrar olunmasını istəməzdik.
"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bunu "Bloomberg"ə müsahibəsində Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bəyan edib.
"Bizim mövqeyimiz aydındır: Avropa Birliyi Ukraynanı dəstəkləyir və Rusiyaya xəbərdarlıq edir ki, əgər o, özünü belə aparmaqda davam etsə, bu ona baha başa gələcək", - deyə o vurğulayıb.
Bununla belə Barrozu Rusiyaya qarşı sanksiyaların üçüncü
mərləhəsinə hansı amilin əsas ola biləcəyini deməyib. O qeyd edib
ki, G8-in Soçi sammitinin təxirə salınması Rusiyaya çox ciddi
siqnaldır.
"Ukrayna kimi Avropa ölkəsinin müstəqilliyinə hörmət edilməlidir", - deyə Barrozu vurğulayıb.
Tarix
2014.03.26 / 10:19
|
Müəllif
Axar.az
|