Yuxarı

Qətl kameralara düşüb, amma qatillər “tapılmır”?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda qətlə yetirilən sələmçi Sürəyya Tağıyevanın qatilləri hələ də tapılmayıb.

"Axar.az"ın məlumatına görə, qadının 2 nəfər tərəfindən öldürüldüyü bildirilsə də, polisin onları "isti izlərlə" tapması mümkün olmayıb.

Maraqlı burasındadır ki, lənkəranlılar qətlin necə və kimlər tərəfindən həyata keçirilməsinin mərhumun həyətindəki təhlükəsizlik kameralarına düşdüyünü iddia edirlər. Bu hadisədən öncə isə maskalı şəxslərin bir başqa qadının evinə basqın edib, əl-qolunu bağlayaraq qızıllarını aparmasından sonra da həmin cinayətkarların tapılmaması əhalini təlaşlandırıb.

Sakinlərin bildirdiyinə görə, sələmçi qadının qatilləri maskalı şəxslər olub. Onlar cinayəti törədikdən sonra ağ rəngli xarici maşına minərək hadisə yerini tərk ediblər. Əhali təhlükəsizlik kamerasına düşən canilərin hələ də tapılmamasından narahatdır. Xatırladaq ki, mart ayının 21-də iki nəfər maskalı şəxs Lənkəranın Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilə basqın edib. Hadisə zamanı 1954-cü il təvəllüdlü Sürəyya Tağı qızı Tağıyeva qətlə yetirilib. Qadın uzun illərdir sələmə pul verməklər məşğul imiş.

Tarix
2014.03.25 / 14:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla