Yuxarı

Pensiyaları ödəmək üçün dövlət əmlakı satılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada təqaüdləri ödəmək üçün dövlətə məxsus obyektlər satışa çıxarılacaq.

İqamətgahlar, sanatoriya, mülk və torpaq sahələri hərraca çıxarılacaq. Əldə edilən gəlirlər sosial ödənişlərə sərf ediləcək.

Nazirlər Kabineti ilk gündən büdcədəki vəziyyətin ürəkaçan olmadığıni demişdi. Belə ki, yeni vergilər, yüksəlmiş tariflər kimi islahatlar olacağı barədə xəbərdarlıq edilmişdi. Büdcə kəsiri olacaq. Baş nazir Arseni Yatsenyukun sözlərinə görə, büdcənin gəlir hissəsi təxminən 80 milyard qriven (təqribən 20 faiz) azalacaq.

Bundan başqa Nazirlər Kabineti bütün dövlət məmurlarına formalı geyimlər, avtomobil, yeni mobil telefonlar, komputerlər almağı qadağan edib. Kabinetlərin təmiri, çarter reyslər, mobil telefonlarda rouminq xidməti də olmayacaq və dövlət aparatının saxlanma xərcləri də azaldılacaq. Güzəştlərin böyük qismindən də imtina edilməsi, ştat işçilərinin sayının azaldılması nəzərdə tutulur. Nazirliyin məlumatına görə, işçilərin 40 faizi işdən azad ediləcək.

Artıq maaşlarda azalma edilib. Belə ki, bir necə ay öncə 3-4 min qriven maaş alan nazirlik işçiləri indi 1200 qriven alırlar.

Ukrayna prezidenti vəzifələrini icra edən Aleksandr Turçinov daha sərt addımlar atmaq qərarına gəlib. Hərraca çıxarılanların gəlirləri ilə büdcə kəsiyini qapatmağa kömək edəcək.

Məmurlara mülklərin siyahısını hazırlamaq, Nazirlər Kabineti və Əmlak Fonduna isə şəffaf hərrac keçirmək tapşırılıb.

Satışa çıxarılan mülklər arasında Ukraynanın səlahiyyətləri əlindən alınan prezidenti Viktor Yanukoviçin yaşadığı, o Rusiyaya qaçandan sonra mətbuat nümayəndələrinin üzünə açılan "Mejiqoriya" iqamətgahının da olacağı bildirilir (ANS).

Tarix
2014.03.25 / 12:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla