Yuxarı

Nurçu adlandırılan politoloq iki saytdan şikayət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dia.az və "Avrasiya.net" "qara siyahıya" salınmalıdır".

"Axar.az" xəbər verir ki, bu sözləri politoloq Fərhad Mehdiyev öz Feysbuk səhifəsində yazıb.

O, bu gün iki saytın "qara siyahı"ya salınması üçün Mətbuat Şurasına müraciət etdiyini bildirib:

"İlk addımı atdım və "Dia.az" saytını və onun təsisçisi Məhəmməd Zamanovu (Ərsoy) Mətbuat Şurasına onlayn formada şikayət etdim. Sabah müraciəti poçt ilə də göndərəcəm. "Dia.az" və "Avrasiya.net" "qara siyahıya" salınmalıdır. Martın 27-də Yasamal Rayon Məhkəməsinə mənə atılan böhtan və iftiraya görə bunlara qarşı iddia ərizəsi verəcəm. Fəaliyyətim qanuni olduğu üçün qanuni yollara üstünlük verirəm. Vaxtımı və əməyimi alsa da, bundan sonra heç bir şərçi jurnalistin yalanına göz yummayacam, biraz onları məhkəmələrdə yoracam. Əleyhimə böhtan yazmaq istəyənlər bunu nəzərə alsınlar. Xəbər çıxandan sonra onları axtarıb mövqe bildirməyəcəm".

Politoloq heç bir qruplaşmanın, təriqətin üzvü olmadığını qeyd edib: "Bir daha təkrar edirəm ki, heç bir təriqətin, xarici qruplaşmanın, daxili qruplaşmanın, partiyanın üzvü deyiləm. İrəli sürdüyüm fikirlər heç bir quruma aid deyildir, konkret faktlara və müvafiq elm sahəsinin qaydalarına əsaslanır. Fəaliyyətim şəffafdır, hazırladığım ekspert rəyləri, keçdiyim dərslərin video-qeydiyyatı aparılır. Bir çox Azərbaycan vətəndaşı kimi, xalqım və dövlətim üçün yaşayır və çalışıram; yoxsa hər hansı şəxsin, ailənin, zümrənin, təriqətin, dini liderin, məzhəbin, xarici dövlətin maraqları üçün deyil. Ödənməmiş vergi borclarım və cərimələrim mövcud deyildir. Sahib olduğum hər bir əmlakın mənbəyi şəffafdır, tələb olunduqda izah oluna bilər".

Qeyd edək ki, bir müddət öncə mediaya sızan sənədlərdə Fərhad Mehdiyev nurçuların Azərbaycanda "əmniyyət imamı" adlandırılıb və buna görə ona 70 min manat pul göndərildiyi bildirilmişdi. Saytlar həmçinin Fərhad Məmmədovun bahalı avtomobilinə diqqət çəkib, müəllim maaşı ilə belə avtomobil almağın mümkünsüzlüyü arqumentini əsas gətirmişdilər.

F.Mehdiyev isə cəmi 18 min dollar dəyərində olan avtomobilinin "bahalı maşın" deyə hallandırılmasını oxucuları çaşdırmağa xidmət edən təxribat adlandırmışdı.

Tarix
2014.03.25 / 11:49
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla