Yuxarı

Bugünkü dəhşətli qətlin təfərrüatı - qanlı qisas

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zabrat qəsəbəsində baş verən qətlin təfərrüatları üzə çıxıb.

"Axar.az"ın araşdırmaları zamanı məlum olub ki, iki il öncə Zabratdakı mağazaların birində iki qardaşın bıçaqlanması bu günkü qətlin törədilməsinə zəmin yaradıb. Ona görə də qisas hissi növbəti cinayətə yol açıb.

Hələ 2012-ci il, yanvarın 6-sı Zabratda mağaza sahibi olan Rabil Musayev adlı şəxslə tanışları Rafael və Kamil Fərəcov qardaşları arasında münaqişə. Hadisə nəticəsində R.Musayev əlində olan bıçaqla qardaşları bıçaqlayıb. Bu gün isə iki il öncəki qətli törədən R.Musayevin oğlu və yaxın qohumu 2012-ci ildə baş vermiş hadisənin qurbanı olub.

Belə ki, saat 11:30-da Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında R.Musayevin oğlu, 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayev qətlə yetirilib.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, güllələnənlərdən 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində yaralanan Mehdiyev Mehdi 1991-ci il təvəllüdlüdür. Onun Sabunçudakı 3 saylı klinik xəstəxanaya aparıldığı deyilir. Hadisə nəticəsində ölən və yaralanan hər iki gənc Türkiyədə ali təhsil alırmışlar. Qətli törədən şəxs Kamil Fərəcovdur. Onun 45-50 yaşlarında olduğu deyilir. "Axar.az"a verilən məlumata görə, qətli törədən K.Fərəcov R.Musayevin 2 il əvvəl bıçaqladığı qardaşlardan biridir. İddia olunur ki, o, R.Musayevdən öldürülən qardaşının qisasını alıb.

Qeyd edək ki, 2012-ci ildə qardaşlardan biri - R.Fərəcov boğaz nahiyəsindən zərbə alaraq hadisə yerində dünyasını dəyişib, o biri müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həmin vaxt hadisəni törədən R.Musayev istintaqa ilkin ifadəsində törətdiyi əməli etiraf edib, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini söyləyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ona cinayət işi açılıb. Araşdırmalar nəticəsində məlum olub ki, hadisə pul üstündə baş verib. Fərəcov qardaşlarının mağazaya xeyli miqdarda borcu olub. Hadisə baş verən günü Rabil Fərəcov qardaşlarından mağazaya olan borcu qaytarmağı tələb edib.

Buna görə də tərəflər arasında mübahisə yaranıb və bu qanlı cinayət hadisəsi baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Rabil Musayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, peşman olduğunu deyib.

Hazırda onun həbsdə olduğu bildirilir.

Tarix
2014.03.24 / 15:57
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla