Yuxarı

“Kiçik Nobel Mükafatı” bu il Azərbaycana gələ bilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyirmi nağıl – və əsrlər boyu ölməzlik

Azərbaycan 2013-cü ildə ilk dəfə Beynəlxalq Uşaq Kitabları Şurasının üzvü olub. Şuranın respublikamızdakı milli bölməsinin təmsilçisi Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasıdır. Kitabxana üzvü olduğu Beynəlxalq Uşaq Kitabları Şurasının 2014-cü il üçün Hans Kristian Andersen mükafatına respublikamızdan ilk dəfə uşaq yazıçısı Sevinc Nuruqızının namizədliyini irəli sürüb. Hans Kristian Andersen mükafatı uğrunda 34 ölkədən 29 müəllif və 31 illüstrator mübarizə aparacaq. Ölkəmizin nominantına bu müsabiqədə uğurlar diləyirik.

Hans Kristian Andersen mükafatı 1956-cı ildə UNESCO-nun Beynəlxalq Uşaq və Gənclər Ədəbiyyatı Şurası (International Board on Books for Young PeopleIBBY) tərəfindən təsis edilib. Mükafat iki ildən bir, aprelin 2-də - Hans Kristian Andersenin anadan olduğu gün təqdim edilir. 1967-ci ildə Beynəlxalq Şuranın təşəbbüsü və qərarı ilə H.K.Andersenə böyük hörmət və sevginin əlaməti olaraq 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü elan edilib. Hər il IBBY-nin milli bölmələrindən biri bu bayramın təşkilatçısı olur.

"Uşaq" müəllifləri üçün bu mükafat – çox nüfuzlu beynəlxalq ödüldür. Onu çox vaxt "Kiçik Nobel Mükafatı" da adlandırırlar. Mükafat yalnız həyatda olan, yaşayıb-yaradan yazıçı və rəssamlara verilir.

Uşaqlara kitab verin...

Mükafatı təsis etmək ideyası dünya uşaq ədəbiyyatı sahəsində xidmətləri olan mədəniyyət xadimi Elle Lepmana (1891-1970) məxsusdur. E.Lepmanın bu sözləri çox məşhurdur: "Bizim uşaqlara kitab verin və siz bununla onlara qanad vermiş olacaqsınız".

1956-cı ildən mükafat ən yaxşı uşaq kitabının müəllifinə verilir. 1966-cı ildən onu həmçinin ən yaxşı rəssam-illüstratora da verməyə başladılar. Mükafata iddialı olanların namizədliyi IBBY-nin Beynəlxalq Uşaq Kitabları Şurasının milli bölmələri tərəfindən irəli sürülür.

Laureatlar – yazıçı və rəssam – IBBY-nin konqresində üzərində Hans Kristian Andersenin profildən surəti əks olunmuş qızıl medalla təltif olunurlar. Bundan başqa, IBBY Beynəlxalq Şuranın üzvü olan ölkələrdə yaxın zamanlarda nəşr olunan ən yaxşı uşaq və gənclər üçün kitaba Fəxri diplom da təqdim edir.

Nağıllar və hekayələr

Böyük Daniya nağılçısı kifayət qədər uzun ömrü boyu çoxlu kitablar yazıb. İndi o kitabları mütəxəssislərdən başqa heç kim oxumur və bilmir: pyeslər, şeirlər, yol qeydləri, romanlar, "Həyatımın nağılı" kimi nostalji adı olan müfəssəl tərcümeyi-hal. Andersen, elə doğrudan da, nağılın əsl mücəssəməsinə çevrildi.

Hər bir insanın mənəvi aləmi onun bütün həyatı ərzində formalaşır. Şəxsi dünyagörüşünün karkasında (əsasında – tərc.) həmişə bəzi nağıl (hətta daha geniş – folklor) mənşəli özüllər olur. Uşaqlıqda nə vaxtsa bir dəfə qəlbinə düşən zamanla müəyyən mənada dəyisşə də, ömürllük ürəyində qalır. Və qəlbimizin bu ilk təməlində Andersenin nağılları mütləq şəkildə gümrah canlı həyatla yaşayır. Bir anlıq həyatınızı "Düyməcik"siz, "Qar kraliça"sız, "Çaxmaq daşı", "Su pərisi", "Yenilməz qalay əsgərcik", "Çirkin ördək balası", "Vəhşi qu quşları", "Noxud üstündə yatan şahzadə qız", "Kralın yeni paltarı" olmadan təsəvvür edin – mümkün deyil!

Ömrü boyu dilicanda

"Uşaqlara söylənilən nağıllar" – yuxarıda adı çəkilən şedevrlərin demək olar ki, əksəriyyətinin ilk dəfə işıq üzü gördüyü toplu belə adlanırdı. Kitab iki cilddə birləşdirilmiş ayrı-ayrı hissələr (hər cilddə üç hissə) şəklində yeddi il (1835-1842) çıxıb. Əsərlərinin bəzilərini Andersen elə yoldaca yazmışdı. O, səyahət etməyə çox həvəsli idi və bütün ömrü boyu dilicandan (keçmişdə dördtəkərli minik arabası – tərc.) düşməmişdi. Yeni süjet axtarışı onu daima harasa çəkib aparırdı. Onun arasıkəsilməz səyahətlərinə dəniz də əngəl ola bilmirdi. Andersen, Dikkenslə məxsusi tanış olmaq üçün İngiltərəyə getmişdi. İki böyük insan bir-birinin gözlərinin içinə baxmış və hislər axını sel kimi aşıb-daşdığından uşaq kimi ağlamışdılar.

Yazıçı özünün nağılçılıq istedadı haqqında belə yazırdı:

Tanınmaq - Simurq quşudur

"Uşaqlıqda nağıl və hekayələri dinləmyi xoşlayırdım; onların çoxu yaddaşımda canlı şəkildə qorunub qalır; zənnimcə, bəziləri mənşəyinə görə Daniya nağıllarıdır, bütünlüklə xalqımız arasında baş vermiş əhvalatlardır. Başqa heç bir yerdə buna bənzər əhvalatlara rast gəlməzsən. Solğunlaşmış çalarları fantaziyamın köməyi ilə canlandırmaq üçün mən onları öz tərzimə uyğun söylədim, onda lazım bildiyim hər cür dəyşiklik etdim. Dörd nağıl – "Caxmaq daşı", "Kiçik Klaus və Böyük Klaus", "Noxud üstündə yatan şahzadə qız" və "Yol yoldaşı" beləcə meydana gəldi. "Pis oğlan" nağılının fabulası (ədəbi əsərin və onda təsvir edilən hadisələrin məzmunu – tərc.), məlum olduğu kimi, Anakreontun şeirindən əxs edilib. Üç nağıl - "Balaca İdanın çiçəkləri", "Düyməcik", "Su pərisi" bütünlüklə yalnız mənim öz təxəyyülümün məhsulu olan əsərlərdir. "…" Kiçik ölkələrdə şair həmişə yoxsul olaraq qalır, buna görə də tanınmaq – şairin xüsusi olaraq ovuna çıxması lazım gələn əfsanəvi Simurq quşudur. Baxaq görək, söylədiyim nağıllar onu tutmağıma kömək edəcəkmi?"

İyirmi nağıl – və əsrlər boyu ölməzlik

Əlbəttə, yazılmış əsərlər xeyli çox idi, ancaq dünya ədəbiyyatının qızıl fonduna heç də hamısı daxil olmamışdı. Onların dili səhər mehi tək şəffaf və canlıdır. Bəzi fikirlər həddindən artıq sadə səslənir. Bir dəfə eşidirsən: "Çində bütün insanlar çinlidir, imperatorun özü də çinlidir" – və o dəqiqə ömürlük yaddaşına həkk olunur. Andersenin nağıllarını dönə-dönə öz sözlərinlə söyləmək mənasız bir şeydir: füsunkarlığını, cazibəsini itirməmək üçün onların hər birini sözbəsöz əvvəldən axıradək səsləndirmək lazımdır. İstənilən mətni sonsuzadək qiymətli şərab kimi, az-az, tələsmədən, kiçik qurtumlarla dadmaq və zövq almaq olar. Di açın, heç olmazsa, ölməz "Su pərisi"ni oxuyun, onun sadədil təhkiyəsinin zərif məzmunu haqqında dərindən düşünməyi sınayın. Və o dəqiqə nağılçının bizi necə qeyri-adi əsrarəngiz bir aləmə səslədiyi aydın olur:

"Açıq dənizdə su sevimli peyğəmbər çiçəyi kimi göy rəngdə və şüşə kimi şəffafdır – lakin ora həm də dərindir! Heç bir lövbər onun dibinə çata bilməz; sudan başlarını çıxara bilmələri üçün dənizin dibinə bir-birinin üstünə çoxlu-çoxlu zəng qüllələri qoymaq lazım gələrdi. Lap dərin yerdə su pəriləri yaşayır.

Elə fikirləşməyin ki, orda, lap dibdə təkçə çılpaq ağ qum var; yox, orada son dərəcə əsrarəngiz ağaclar və elə elastik gövdəcikləri, yarpaqları olan çiçəklər bitir ki, suyun azacıq hərəkəti ilə sanki canlıymış kimi hərəkətə gəlirlər. Böyük və kiçik balıqlar budaqçıqların arası ilə ora-bura üzürlər – eynilə burada, bizim dünyamızdakı quşlar kimi. Ən dərin yerdə dəniz hökmdarının saf kəhrəbadan şişuclu pəncərələri və qabarma-çəkilmələrdən asılı olaraq gah açılıb, gah da bağlanan balıqqulaqlarından damı olan mərcani sarayı ucalır. Bu, çox gözəldir, çünki hər bir balıqqulağında elə ecazkar inci yatır ki, istənilən kraliçanın tacını bəzəməyə onların bircəciyi də bəs edərdi".

Daha sonra nə baş verir – hamıya məlumdur. Ancaq məgər məsələ təkcə süjetdədir? Qəhrəmanın Böyük Məhəbbət naminə özünü qurban verməsi – axı bu həm də əxlaqi prinsipdir. Onun heç olmazsa kiçik bir hissəsi hər bir oxucunun qəlbində labüd zəruriliklə toplanaraq bizə də çatır. Və bu, nağılların hər birinə aiddir. Bax buna görə də Andersen – heç də belletristika (nəsrlə yazılan bədii ədəbiyyat: romanlar, hekayələr – tərc.) yaratmayıb. Bu, bütöv bir fəlsəfədir: sadə, təmiz və yüksək əxlaqlı fəlsəfə. Elə bir fəlsəfə ki, bir dəfə qəlbimizə düşürsə, ömürlük oradaca qalır.

Tarix
2014.03.24 / 15:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla