Yuxarı

Amerikalı həmsədrdən Qarabağa aid qalmaqallı status

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüblər.

"Axar.az" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Tvitter səhifəsində yazıb.

O, görüş haqqında təəsüratlarını bölüşüb. "Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə pozitiv görüş keçirildi. Birlikdə işləyirik, uzunmüddətli sülh mümkündür".

Erməni mətbuatı isə Ceyms Uorlikin Tvitterdəki başqa cümləsinə diqqət ayırıb. Onlar Qarabağ konfliktində artıq ABŞ-ın öz mövqeyini tam ortaya qoyduğunu yazıblar. Ceyms Uorlikin "konflikt "Dağlıq Qarabağ"la Azərbaycanın arasındadır" deməsi ölkə mətbuatının gündəmində əsas hadisəyə çevrilib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan da artıq Niderlandda ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) görüşüb.

Tarix
2014.03.24 / 13:25
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla