Yuxarı

Çeçen lider İsraildə məscid açdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan lideri Ramzan Kadırov İsraildə Qafqaz kökənli xalqların yaşadığı Qüdsün əbu-Quş səmtində tikintisinə 6 milyon dollar kömək etdiyi məscidin açılışında iştirak edib.

"Axar.az" Şərq mətbuatına istinadən xəbər verir ki, çeçen lider Osmanlı dövründə Qafqazdan gətirilib Qüdsə yaxın ərazidə yerləşdirilən çərkəzləri ziyarət edib. Çeçen lider ziyarət zamanı tikintisinə kömək etdiyi məscidin açılışını da edib. Açılış üçün məscidin qarşısına çeçen və rus bayraqları asılıb.

Məscidin açılışında çıxış edən Kadırov belə deyib: "Bu məscid Qafqazda, Çeçenistanda olan qardaşlarınızın sizlə olan mənəvi bağlılığının bir simvoludur".

Məsciddən çıxıb avtomobilinə minərkən çeçen liderin əlində olan balaca rus bayrağı diqqət çəkib.

Qeyd edək ki, iç dekorasiyası Türkiyədən gətirilən, xalça və mərmərlərlə bəzədilən məscidin tikintisi 10 milyon dollara başa gəlib. Dörd minarəli böyük məscid türk memarlığının özəlliklərini daşıyır.

Tarix
2014.03.24 / 08:20
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla