Ana səhifə Gündəm |
Ermənistan Xarici İşlər nazirinin köməkçisi Şavarş Köçəryan Ukraynanın İrəvandakı səfirinin xahişi ilə onu qəbul edib.
"Axar.az"ın erməni mediasına istinadən məlumatına görə, ukraynalı səfir Krım məsələsində Ermənistanın mövqeyinin yanlış olduğunu qarşı tərəfə anlatmağa çalışsa da, Köçəryan öz fikrində qalıb. O bildirib ki, rəsmi İrəvanın Krımda keçirilən referendumun nəticələrini tanımasında qeyri-adi heç nə yoxdur: "Bizim referendumun nəticələrini tanımağımızda qeyri-adi heç nə yoxdur. Çünki Ermənistanın illərdir xalqların öz müqəddaratını müəyyən etməsi məsələsində mövqeyi dəyişməz olaraq qalır. Biz hesab edirik ki, əgər krımlılar özlərini Ukraynanın deyil, Rusiyanın tərkibində görürlərsə, bu seçimə sadəcə hörmətlə yanaşmaq lazımdır".
Xatırladaq ki, bir neçə gün öncə rəsmi Kiyev Krımda keçirilən referendumun nəticələrini tanıdığına görə Ermənistana nota vermişdi.
Tarix
2014.03.23 / 22:46
|
Müəllif
Ruslan Məmmədoğlu
|