Yuxarı

Azər Sarıyev yeni vəzifəsindən imtina etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin sabiq müdiri Azər Sarıyev AzərTAc-ın Türkiyə Respublikasındakı xüsusi müxbiri vəzifəsindən imtina edib.

"Axar.az"ın "Qaynar.info"ya istinadən məlumatına görə, Azər Sarıyev öz xahişi ilə işdən çıxarılıb.

Məsələ ilə bağlı Azər Sarıyev açıqlama vermək istəməyib. AzərTAc-ın baş direktorunun müavini Dağıbəyi İsmayılov isə Azər Sarıyevin işdən çıxmasını təsdiqləyib: "Azər Sarıyev işdən çıxarılmayıb. O öz xahişi ilə işdən çıxdı. Onunla bağlı problemimiz yox idi. Sadəcə, uşaqlarının təhsili və şəraitlə bağlı bu qərarı verdi".

Xatırladaq ki, Azər Sarıyev jurnalist fəaliyyətinə "Avrasiya" qəzetində başlayıb. 1998-1999-cu illərdə "Ekspress" qəzetində siyasət və parlament müxbiri işləyib. Daha sonra "Palitra" qəzetinin baş redaktor olub (1999-2003). "Millət", Hürriyyət", "Kaspi" qəzetləri, "Azadinform" İnformasiya Agentliyi ilə əməkdaşlıq edib.

2003-cü il avqustun 18-də Mərkəzi Seçki Komissiyasında şöbə müdiri vəzifəsinə gətirilib. Son təyinatadək MSK-da çalışırdı.

Tarix
2014.03.23 / 20:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla