Yuxarı

İtmiş Malayziya təyyarəsini ərəb şahzadəsi qaçırıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtkin düşmüş Malayziya Hava Yollarına məxsus sərnişin 12 günlük axtarışdan sonra nəhayət ki, tapılıb.

Verilən məlumata görə, həmin Boinq 777-i markalı təyyarə Səudiyyə Ərəbistanında polis tərəfindən tapılıb.

İtkin düşmüş təyyarə Ciddə şahzadəsi Sahram Əl Sandshoonun nəhəng ərazisi olan bağında aşkar edilib. O, yerli hüquq-mühafizə orqanlarının agentlikləri tərəfindən həbs edilib.

Maraqlıdır ki, şahzadə Əl Sandshoo itmiş Boinq 777-nin qara qutusunun satılması üçün elektron elanını yayarkən şübhələrin hədəfinə çevrilib. Səudiyyə Ərəbistanının hakimiyyət orqanları polisə onun 43 il ərzində şahzadəsi olduğu Ciddə şəhərinin ətrafındakı böyük torpaq mülkiyyətinə axtarış məqsədilə daxil olmaq üçün order verib. Və həmin axtarışların nəticəsi olaraq da şahzadənin mülkündən itkin düşmüş təyyarə aşkarlanıb.

Bu hadisə ilə bağlı mətbuat konfransı keçirən Malayziya Baş naziri Perdana Menteri bildirib ki, "Biz itkin düşmüş təyyarəni Səudiyyə Ərəbistanında nəhayət ki, tapa bilmişik. Təyyarənin sərnişinləri sağ-salamat və yaxşı əhval-ruhiyyədədirlər. Açıq-aydın görünür ki, şahzadə onlara qoyun əti və şərabın bol olduğu banket verməklə sərnişinləri yaxşı yedirdib. Biz təəssüf edirik ki, bu xoşagəlməz insindent baş verib. Ancaq yəqin ki, siz də başa düşürsünüz ki, biz oğrular üçün məsuliyyət daşıya bilmərik".

Malayziya Hava yollarının baş icraçı direktoru Əhməd Jauhari Yəhya isə deyib ki, hələlik baş verənləri hüquqi cəhətdən izah etmək imkanında deyillər: "Ancaq hələlik yalnız ehtimal kimi demək olar ki, təyyarə yəqin ki, havada uçuş halında olarkən qaçırılıb. Təyyarənin aeroportda endirilməsi də inandırıcı deyil. Biz eşitmişik ki, Əl Sandshoo nəsə soruşmaq bəhanəsiylə pilotların kabinəsinə daxil ola bilib. Buna qədərsə, stüardessaları da qorxudaraq onların əllərini bağlaya bilib. Biz bütün bunları qətiyyətlə pisləyirik və təyyarəni geri istəməklə yanaşı, üzləşdiyimiz zərərin də ödənməsini tələb edirik.

Sərnişinlərdən biri olan xanım Josie Kevin Teylor isə saytın əməkdaşına bildirib ki, baş verənlərdən bərk qorxub və bundan sonra Malayziya Hava Yollarının xidmətindən heç vaxt istifadə etməyəcək.

Sərnişin təyyarəsini qaçıran şahzadə Əl Sandshoo ilə bağlı hələ elə bir ciddi məlumat yoxdur, Çünki polis onu mediadan uzaq tutmağa çalışır. Bəzi gümanlara görə, avia aparatlarının xəstə həvəskarı olan şahzadə Boinq 777-ni qaçıraraq, öz digər təyyarələrinin arasına qatmaq istəyib ("Musavat.com").

Tarix
2014.03.23 / 19:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən ölkədən gedən sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla