Ana səhifə Toplum |
Masallı rayonunda güclü partlayış baş verib.
"Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə martın 23-də saat 15.50 radələrində rayonun Mahmudavar kəndində qeydə alınıb.
Bəşir Mizəbala oğlu Əliyevə məxsus dəmir qapılar düzəldilən sexdə 1964-cü il təvəllüdlü Gülağa Mirzağa oğlu Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb.
Güclü partlayış nəticəsində qaynaqçı ölüb.
Partlayış baş verən vaxt yaxınlıqdan keçən kənd sakinləri, 1997-ci il təvəllüdlü İman Füqar oğlu Əliyev və 1997-ci il təvəllüdlü Famil Habil oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən hər iki yeniyetmə 11-ci sinif şagirdidir.
18:33
Masallıda baş verən partlayışda ağır xəsarətlər alan məktəblilərdən biri dünyasını dəyişib.
XI sinif şagirdlərindən biri, daha doğrusu Famil Habil oğlu Sadıqov Lənkəran Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunan zaman keçinib.
Xəstəxanadan bildirilib ki, İman Vüqar oğlu Əliyevin də vəziyəti ağırdır. Onun yaşamaq imkanları aşağı qiymətləndirilir (ANS).
Tarix
2014.03.23 / 18:33
|
Müəllif
Axar.az
|