Yuxarı

Ərdoğan Suriya təyyarəsini vuran pilotlarını təbrik etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" Doğan Xəbər Agentliyinə istinadən xəbər verir ki, Hatayın Samandağ mahalı yaxınlarında bir döyüş təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin Suriya ilə Samandağ arasındakı yüksəkliyə düşdüyü bildirilir. Təyyarənin Suriya Hava Qüvvələrinə aid olduğu qeyd edilir.

Xatırladaq ki, Hatayın Yayladağı vilayətindəki gömrük məntəqəsinin qarşısında olan və daxili qarşıdurmaların başlamasından bu yana Əsədə bağlı güclərin idarəsindəki Kəsəb sərhəd qapısı Azad Suriya Ordusunun (OSO) idarəsinə keçib.

17:50

Türkiyə-Suriya sərhədində düşən təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F16-ları tərəfindən vurulub.

Bu barədə "Röyters" agentliyi Suriya İnsan Haqqları Təşkilatına istinadən məlumat yayıb.

Agentlik onu da yazır ki, Livandakı "Əl Manar" televiziyası Türkiyə tərəfinin 2 raket atdığını iddia edib.

Məsələ ilə bağlı Baş nazir Ərdoğan da açıqlama verərək təyyarənin vurulmasına haqq qazandırıb: "Əgər sən mənim hava sərhədimi pozursansa, bundan sonra bizim vuracağımız sillə ağır olacaq. Ona görə, Baş Qərargah rəisi və prezidentimiz də daxil olmaqla, Silahlı Qüvvələrimizi və həmin şərəfli pilotlarımızı təbrik edirəm".

18:21

Suriya ilə sərhəddə Türk Hava Qüvvələrinin vurduğu hərbi təyyarə ilə bağlı Suriya tərəfi ilk açıqlamasını verib.

"Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi məlum hadisə ilə bağlı "Türk hökuməti təcavüzkarlığa son verməlidir" bəyanatını yayılıb.

Məlumat üçün qeyd edək ki, Suriya rəsmi agentliyi vurulan təyyarədən bir pilotun paraşütlə tullanaraq xilas olduğunu bildirib.

Tarix
2014.03.23 / 18:21
Müəllif
Tural Qurbanlı, Natiq Azəri
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla