Yuxarı

Krımoğlu: “Rus vətəndaşlığına keçməyin” deyə bilmərik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım Tatar Məclisinin keçmiş sədri Mustafa Krımoğlu Ukrayna Parlamentinin Krım tatarlarını yerli xalq olaraq nəzərdə tutan qanun layihəsinin qəbulunu gecikmiş addım sayıb.

"Axar.az" məlumat verir ki, "Əl Cəzirə" kanalının suallarını cavablandıran Krımoğlu digər məqamlara da aydınlıq gətirib: "Biz rus pasportu alacaq Krım tatarlarından Ukrayna pasportunu saxlamağı da tövsiyyə edəcəyik. Krım tatarlarına "rus vətəndaşlığına əsla keçməyin" deyə bilmərik. Ukraynaya nisbətən, Rusiyada əmək haqları iki dəfə artıqdır. Odur ki, bu istiqamətdə zorluq çəkən şəxslər arasından Rusiya vətəndaşlığını seçənlər ola bilər. Fəqət bu şəxslərin Ukrayna vətəndaşlığını qoruması gərəkdir".

Türkiyənin Krım tatarlarına verə biləcəyi mümkün dəstəyə gəlincə, Krımoğlu bildirib ki, qardaş ölkə elə ilk gündən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və Krım tatarlarının hüquqlarının qorunmasına səy göstərib. O, əlavə edib ki, Türkiyənin bu məsələdə daha aydın mövqeyi yaxın günlərdə bəlli olacaq.

Krımoğlu həmçinin Türkiyənin hərbi sahədə ata biləcəyi addımlara da toxunub. Onun sözlərinə görə, NATO-ya üzv olduğundan, qurumun məsələyə yaşıl işıq yandırması gərəkdir. Digər tərəfdən isə Türkiyə ilə Rusiya arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur. Bütün bu şərtlər Türkiyənin yaxın vaxtlarda atacağı addımlara təsir edən amillər olacaq.

Tarix
2014.03.23 / 11:06
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla