Yuxarı

Politoloq nurçulardan 70 min alıb? – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərhad Mehdiyev "Veteninfo.az" saytına qarşı 10 min manatlıq dava açacaq.

"Axar.az" xəbər verir ki, bu barədə məşhur politoloq öz Feysbuk statusunda yazıb.

O, bu addımı atmasına səbəb kimi nurçulardan bank hesabına 70 min manat köçürülməsi barədə saytın iddialarını göstərib: "Təxribatçı "Veteninfo" saytı naməlum mənbədən bir yalan məktub alıb və onun həqiqiliyini araşdırmadan yayımlayıb. Hər halda, "Yapı Kredi" bankında mənim adıma 70 min köçürülüb-köçürülmədiyi bəllidir. Bu iftira məlumatı indi gördüm, məhkəməyə iddia ərizəsini hazırlayıram və Novruz bayramı bitər-bitməz, ilk işim Yasamal Rayon Məhkəməsində onlara qarşı xüsusi ittiham qaydasında böhtan və təhqirlə bağlı cinayət işi qaldırıb, nə az nə çox, 10 min manat dəymiş mənəvi zərəri istəmək olacaq. Onlar daha əvvəl Elnur Aslanov və nazirə belə iftira atmış. Amma Fərhad Mehdiyev onların və səviyyəsiz sifarişçilərin bildiyi kimi bir insan deyildir".

Qeyd edək ki, mediaya sızan sənədlərdə Fərhad Mehdiyev nurçuların Azərbaycanda "emniyyet imamı" adlandırılıb və buna görə ona 70 min manat pul göndərildiyi bildirilib. Sayt həmçinin Fərhad Məmmədovun bahalı avtomobilinə diqqət çəkib, müəllim maaşı ilə belə avtomobil almağın mümkünsüzlüyü arqumentini əsas gətirib.

F.Mehdiyev isə cəmi 18 min dollar dəyərində olan avtomobilinin "bahalı maşın" deyə hallandırılmasını oxucuları çaşdırmağa xidmət edən təxribat adlandırıb.

Tarix
2014.03.23 / 00:06
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla