Yuxarı

Ağdam və Hacıqabulda yanğın: Xəsarət alan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamda yardımçı tikilidə yanğın baş verib.

"Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağdam rayonu, Rzalar kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə və içərisinə yığılmış 1.5 ton ot bağlaması yanıb. Yanğın zamanı ev sahibi yüngül yanıq xəsarəti alıb.

Tikilinin qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın saat 17:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Hacıqabul rayonu, Muğan kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 90 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:16-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Yasamal rayonunda isə ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin pəncərə çərçivəsi 2 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.03.22 / 21:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla