Yuxarı

"Onu deyən qələt edir, başını daşa döyür!"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kim mənim ölkəni birdəfəlik tərk etdiyimi deyirsə, qələt edir, başını da daşa döyür".

"Axar.az" xəbər verir ki, bu sözləri Tağı Əhmədov "Xeberdar.az"ın müxbirinə özü ilə bağlı xəbərləri dəqiqləşdirərkən deyib.

Keçmiş metro rəsinin həqiqətən ölkəni tərk etməsi və onun Dubayın ən bahalı otellərindən birində istirahət etməsi xəbərini dəqiqləşdirmək üçün eks-rəislə əlaqə saxlanılıb. Tağı Əhmədov açıqlamasında ölkəni birdəfəlik tərk etməsi xəbərinin yalan olduğunu bildirib:

"Kim mənim ölkəni birdəfəlik tərk etdiyimi deyirsə, qələt edir, başını da daşa döyür. Hamı kimi mən də bayramla əlaqədər ailəmlə birgə Dubaya gəlmişəm. Hal-hazırda burda istirahət edirik. Burda ucuz otel yoxdur, kimsə mənim qaşıma, gözümə aşiq deyil ki, mənə oteli ucuz versin... Yaxşı oteldə qalmaq istəyirsənsə, yaxşı da pul ödəməlisən. Ayın 26-sı axşam Bakıya qayıdacağıq. Metro məsələsi ilə bağlı heç nə soruşmayın. O məsələni qapatmışam. Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm".


Xatırladaq ki, bu gün Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun ailəsi ilə birgə Dubayda istirahətdə olması haqda KİV-də məlumat yayılmışdı. Hətta onun ən bahalı otellərdən birində istirahət etdiyi deyilirdi.

Tarix
2014.03.22 / 18:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla