Yuxarı

Obama və Kamerondan Novruz təbriki

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti İran xalqını Novruz Bayramı münasibətilə təbrik edib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Barak Obamanın mesajında bildirilir: "Sizlər və ailələriniz Novruz bayramını qeyd edərkən ən yaxşı arzularımı iranlılara diləyirəm. Novruz nemətlərə şükür etmək və növbəti ildəki ümidlərimiz haqqında düşünmək üçün yaxşı bir fürsətdir. İran nüvə proqramının şəffaflaşdırılmasında ciddi addımlar atacağı təqdirdə, dinc məqsədli nüvə enerjisindən yararlanacaq və ABŞ da öz müttəfiqləri ilə birlikdə İrana tətbiq olunmuş sanksiyaların aradan qaldırılması üçün problemləri yoluna qoyacaq".

Bu arada Böyük Britaniyanın Baş naziri İran xalqını Novruz bayramı münasibətilə təbrik edib. Devid Kameron öz təbrik mesajında qeyd edib ki, iki ölkə arasında əlaqələr inkişaf edir: "Lakin bunun üçün daha çox addımlar atılması lazımdır. Hazırda iki ölkənin rəsmiləri bu mövzuda işlərini davam etdirir".

Böyük Britaniyanın Xarici İşlər naziri Uilyam Heyq isə bildirib ki, Novruz yenidən doğuşdur: "Bu psixologiya ilə İran xalqına demək istəyirəm ki, Böyük Britaniya yeni ildə İranla əlaqələri gücləndirmək niyyətindədir".

Eyni zamanda Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton da Novruz bayramı münasibətilə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə təbrik məktubu ünvanlayıb: "İkitərəfli əlaqələrin daha çox inkişaf etdirilməsinə ehtiyac var".

Tarix
2014.03.22 / 16:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla