Yuxarı

Krım tatarlarından Rusiyanı şoka salacaq qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım tatar xalqının Qurultayı yaxın vaxtlarda toplanaraq Krım tatarlarının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi məsələsinə baxacaq.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Krım Tatar Məclisinin sədri Rufat Çubarov deyib. (Qeyd edək ki, Krım Tatar Məclisi həm Ukrayna Ali Radası, həm də Krımın separatçı parlamenti tərəfindən Krım tatarlarının qanuni özünüidarə orqanı kimi rəsmən tanınıb).

R. Çubarov heç vaxt öz müqəddəratını təyinetmə hüququndan imtina etmədiklərini söyləyib: "Bunu hansı formada həyata keçirəcəyimizə tezliklə qərar verəcəyik. Biz tezliklə Qurultayı toplayacağıq. Krım tatarları istənilən halda öz yurdunda qalacaq və talelərini özləri müəyyənləşdirəcəklər".

Məclis sədri bildirib ki, Krım tatarları və Krımda yaşayan bir çox ukraynalılar 16 mart referendumu boykot edib.

Xatırladaq ki, Rusiya öz addımlarını Krım əhalisinin BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyinetmə hüququndan istifadə etməsi ilə əsaslandırır.

Tarix
2014.03.22 / 14:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla