Yuxarı

Con Kerri Rusiyanı ağır sanksiyalarla hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 2015-ci ilin sonlarından başlayaraq Avropaya təbii qaz ixracına başlaya bilər.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib. O, hal-hazırda təbii qaz ixrac etmək üçün zəruri obyektlərə malik olmadıqlarını, bu səbəblə 2015-ci ilin sonlarından tez Avropaya qaz göndərə bilməyəcəklərini söyləyib: "Lakin bizim üçün Avropadakı tərəfdaşlarımıza və Ukraynaya dəstək olmaq önəmlidir".

Xatırladaq ki, hazırda Avropa Birliyi ölkələri təbii qaza olan ehtiyaclarının təxminən üçdə birini Rusiyadan alınan qaz hesabına təmin edirlər.

ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri isə Rusiya məmurları, iş adamları və "Rossiya" Bankına qarşı tətbiq etdikləri sanksiyalarla kifayətlənməyəcəklərini bəyan edib. O, "Amerikanın səsi"nə açıqlamasında bildirib ki, Vladimir Putinin Krımdakı addımları beynəlxalq təhlükəsizliyi və İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzənini dağıdır. C. Kerri qeyd edib ki, növbəti sanksiyalar Rusiya prezidentinin fəaliyyətindən asılıdır: "Onlar qanunsuz və təxribatçı fəaliyyəti davam etdirsələr, biz Rusiya iqtisadiyyatının bütöv sahələrinə qarşı çox-çox şiddətli və güclü sanksiyalarla cavab verəcəyik".

Tarix
2014.03.22 / 11:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla