Yuxarı

Ukrayna Ermənistanı hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Krımı müstəqil respublika kimi tanısa, bu, Ukrayna-Ermənistan münasibətlərində son dərəcə mənfi nəticələrə gətirib çıxaracaq.

Bu barədə brifinqdə Ukrayna xarici işlər nazirinin müavini Daniil Lubkivski deyib.

O, qeyd edib: "Biz artıq Ermənistana Krımla bağlı rəsmi mövqeyinə aydınlıq gətirməsi xahişi ilə rəsmi nota ünvanlamışıq. Biz erməni tərəfinin Krımın müstəqilliyini tanımaq barədə bəyanatlarından narahatlığımızı bildirmişik. Biz Ermənistana yaxın günlərdə Krımın zorla başqa ölkəyə birləşdirilməsini tanımadığı barədə bəyanat verməsi üçün rəsmi müraciət edirik. Biz belə cavab gözləyirik. Əgər buna əməl olunmasa, bu, Ukrayna-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcək".

Jurnalistlərin "Ermənistan Krımın müstəqilliyini tanıyarsa, Ukrayna bu ölkə ilə diplomatik münasibətləri dayandırmağı planlaşdırırmı" sualına isə nazir müavini belə cavab verib: "Biz geniş tədbirlər kompleksi qəbul edəcəyik. Bunun necə olacağı isə erməni tərəfinin izahatından asılı olacaq". (Trend)

Tarix
2014.03.21 / 17:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla