Yuxarı

Abbas Abbasov Jirinovskini məhkəməyə verəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin ("AzərRos"un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Jirnovskiyə cavab verib.

Məlumata görə, Ağsaqqallar Şurasının sədri bildirib ki, "AzərRos öz həmyerlilərinin hüquqlarının müdafiəsi üçün mübarizə aparacaq.

O, qeyd edib ki, Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovskinin çıxışında cinayət elementləri var. "AzərRos Ağsaqqallar Şurasının sədri olaraq, Rusiyadakı azərbaycanlılarının və öz adımdan Vladimir Jirinovskinin ekstremal çıxışı ilə bağlı kəskin təəsüfümü bildirirəm. "AzərRos" belə hərəkətlərin yolverilməzliyini qeyd edir və öz həmyerlilərinin hüquqlarının müdafiəsi üçün mübarizə aparacaq.

A.Abbasov qeyd edib ki, Rusiya ərazisində 600 min Rusiya vətəndaşı olan etnik azərbaycanlı, eləcə də təxminən yarım milyon Azərbaycan vətəndaşı yaşayır. Açıqlamaları ilə Jirinovski nəinki bütövlükdə Azərbaycan xalqının, həm də onun seçiciləri və Rusiya vətəndaşı olan öz vətəndaşlarının hüquqlarını pozub.

"Bunun üçün də biz Jirinovskinin çıxışı ilə bağlı Dövlət Dumasının etika komitəsinə müraciət edəcəyik və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq onun təqibinin təşkil edəcəyik. Jirinovskinin etdiyi və dediyi hər şey düzgün deyil və hər şeydən öncə Rusiya və orada məskunlaşan xalqalara qarşıdır. Bu əsas məqsədi çoxmillətli Rusiyada xaos və ixtişaş yaratmaq olan ən kəskin təxribatçıdır. Müxtəlif xalqaların milli dəyərlərini təhqir etməklə Jirinovski xalqlararası ədavəti kəskinləşdirir".

"AzərRos" Vladimir Jirinovskinin son kütləvi çıxışları ilə bağlı məhkəmə iddiası ilə RF Baş prokurorluğuna müraciət etmək niyyətindədir. A.Abbasov qeyd edib ki, o, Rusiyanın Azərbaycan icmasının rəhbəri kimi Jirinovskinin ksenefobiya və insana qarşı nifrətlə bağlı çıxışları ilə bağlı qanunvericilik qarşısında məsələ qaldırmaq istəyirəm (ANS).

"Azərbaycanlılar qədim mədəniyyətə malik, sülhsevər və tolerant, onu əhatə edən cəmiyyətin qanunlarına riayət etməyə çalışan xalqdır. Konfutsi haqlı idi: "Ağıllı adamlar illər keçdikcə ağıllanırlar, axmaqlar isə daha da təkmilləşirlər".

Tarix
2014.03.21 / 13:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla