Yuxarı

Azərbaycanda qar yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün qeyri-sabit hava şəraiti proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında mart ayının 21-də günün ikinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 3-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında martın 22-də axşamadək güclü küləkli hava şəraiti və meteoroloji amillərin xeyli tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz olsa da, sonrakı iki gündə nisbətən mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaqdır.

Naxçıvan Muxtar Respublikasında - bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 8° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında - Səhər və gündüz yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Axşam intensiv olacağı ehtimalı vardır. Temperaturun gecə 3° şaxtadan 3°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında - Səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-5°, gündüz 8-13° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında - Arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında - Səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 20° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında - Səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı proqnozlaşdırlır.

Tarix
2014.03.21 / 11:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla