Yuxarı

Xaçmazda ev sahibi ilə birgə yandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının bu gecəsi yanğınlarla yadda qalıb.

"Axar.az"ın Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda sahibi məlum olmayan köşkdə yanğın baş verib. Nəticədə köşkün üzlüyü və içərisində olan əşyalar yanıb.

Xaçmaz rayonu, Çarxı kəndində də yanğın hadisəsi baş verib. Belə ki, 1964-cü il təvəllüdlü Məmmədov Aqil Habil oğluna məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı evdən yanğınsöndürənlər tərəfindən ev sahibinin yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi isə paytaxtın Nərimanov rayonunda baş verib. Sahibi məlum olmayan ümumi sahəsi 30 kv.m olan taxta sexinin dam örtüyü yanıb.

Masallı rayonu, Şatıroba kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Tarix
2014.03.21 / 10:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla