Yuxarı

Türkiyədə Tvitter qadağan edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Tvitter-ə qadağa qoyuldu.

Bu barədə qardaş ölkənin bütün media quruluşları xəbər yayıblar. Xəbərlərdən görünür ki, bu yasaq rəsmidir. Türkiyənin Nazirlər Kabinetinin mətbuat müşavirliyindən yayılan açıqlamada bildirilir ki, vətəndaşların zərər görməsini təmin etmək üçün Tvitteri əngəlləməkdən ayrı çarə qalmayıb.

Buna səbəb bu gün baş nazir Tayyib Ərdoğanın Bursa mitinqində verdiyi açıqlamadır. T. Ərdoğan seçki mitinqində etdiyi çıxışda "Tvitter mivittterin kökünü qazıyacağıq", bəyanatı vermişdi.

Tvitterin bu cür kobud şəkildə yasaqlanması gec saatlarda olmasına baxmayaraq, Türkiyə cəmiyyətində şok yaradıb.

Türkiyə xəbər qaynaqları bildirir ki, həyata keçirilən yasaqlama tədbiri İstanbul Anadolu 14-cü Asliye Cəza Məhkəməsi, İstanbul Anadolu 5-ci Sülh Cəza Məhkəməsi, Samsun 2ci Sülh Cəza Məhkəməsi və İstanbul Cümhuriyyət Baş prokurorluğu tərəfindən rəsmiləşdirilib.

****

Mərkəzi ABŞ-da olan Twitter sosial şəbəkəsi Türkiyədəki giriş yasağına reaksiya verib.

Tvitter'dən yapılan açıqlamada, Türkiyədəki istifadəçilərə çib telefonlarının qısa mesaj servisi ilə tveet atmaları tövsiyə edilib. Reuters xəbər agentliyi də "Baş nazir Recep Tayyip Erdoğan'ın dünən Tvitter'i qapatmaqla təhdid etməsindən saatlar sonra Türkiyə çapında giriş əngəllənməyə başlandı" bilgisini abonəçilərinə bildirib. (CHA)

Bu məhdudlaşdırmanı ABŞ xarici işlər nazirliyinin sözçüsü və Avropa Komissiyasının digital stratejilərdən sorumlu üzvü Neelie Kroes pisləyib (Musavat).

Tarix
2014.03.21 / 07:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla