Yuxarı

Azərbaycanlı müğənni xalasıgildən oğurluq etdi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər polisi rayon ərazisində törədilən oğurluq faktının üstünü açıb.

Mərdəkan sakini Mavi Tapdıqova evinə naməlum şəxslərin soxulması haqda polisə şikayət verib. Polisin apardığı araşdırmalar zamanı məlum olub ki, xanımin evinə bacısı oğlu, 20 yaşlı Elnur İsgəndərov soxulub.

Şübhəli şəxs qismində saxlanılan Elnur İsgəndərov törətdiyi əməlini etiraf edib. Günorta vaxtı xalası Mavi Tapdıqovanın evdə olmamasını bilərək pəncərədən evə daxil olub. Mənzili ələk-vələk edən Elnur oradan bir ədəd noutbuk tapıb.

Elnur İsgəndərov oğurluq yolu ilə əldə etdiyi pula dostlarına qonaqlıq verib. Spirtli içkinin təsirindən ayılmamış isə o, polis tərəfindən saxlanılıb. Müğənniliklə məşğul olan Elnur İsgəndərov oğurluğu xalasının evindən etməsini belə izah edib. "Dedim ki, xalamın evidir. Ona görə məndən şikayət etməz. Ona görə də getdim girdim evə".

Xalasının şikayəti əsasında saxlanılan Elnur İsgəndərovun barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir. (ANS)

Tarix
2014.03.20 / 21:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla