Yuxarı

Azərbaycanda güclü partlayış baş verib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün gündüz saatlarında Xaçmazın Xudat şəhərində güclü partlayış olub.

Hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsində baş verib. Küçədəki köhnə su arxının altından keçən köhnə qaz xətti yolun digər tərəfindəki 3 obyekti mavi yanacaqla təmin edirmiş.

Xaçmaz Qaz İstismar İdarəsinin rəis müavini Mənsum Novruzovun verdiyi məlumata görə, partlayış qaz sızmasından baş verib. Onun sözlərinə görə qaz sızmasına səbəb həmin xəttin korroziyaya uğramasıdır. Belə ki, obyektlərdən birində işçilər manqalda kabab bişirərkən köz qaz sızması olan yerə düşüb. Nəticədə yerin altında illərlə yığılıb qalmış qaz partlayışa səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə dərhal İcra başçısının müavinləri, Xudat qaz istismar idarəsinin rəsmiləri gəlib. Hazırda partlayışın nəticələrinin aradan qaldırılması istiqamətində iş gedir.

Faktla bağlı araşdırma aparılır. (ANS)

Tarix
2014.03.20 / 19:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla