Yuxarı

Adamyeyənlərin yediyi Rokfellerin acı hekayəsi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı siyasətçi və bankir Nelson Rokfellerin oğlu, Rokfellerlər imperiyasının vəliəhdi Maykl Rokfellerin yoxa çıxması ilə bağlı məlumatlar üzə çıxıb.

"Axar.az"ın məlumatına görə, "Deyli Meyl" qəzeti 53 il əvvəl baş vermiş hadisə ilə bağlı maraqlı faktlar əldə edib.

Qəzetin məlumatına görə, Maykl Rokfeller 1961-ci ildə etnoqraf Rene Vassinqlə Papua- Yeni Qvineyaya yola düşüblər. Noyabrın 17-də Rokfeller kustar üsulla düzəldilmiş qayıqla asmatların yaşadığı uzaq adaya üzüb. Lakin yolda qayığın motoru xarab olub və çevrilib.

Rokfeller Vassinqə üzərək sahilə çıxacağını deyib. Etnoqraf bir müddət sonra holland təyyarəçiləri tərəfindən xilas edilsə də, Maykl bir daha geri qayıtmayıb. Onun xilası üçün böyük həcmdə qüvvə cəlb olunsa da, axtarışlar heç bir nəticə verməyib.

Uzun illər araşdırmaçılar milyarder oğlunun aborigenlər tərəfindən öldürülməsi versiyası üzərində dayanıblar. Şahidlərin sözlərinə görə, papuasların əynində Rokfellerin geyimi olub, hətta vəhşilər onlara cavan insanın sümüklərini də göstəriblər.

Jurnalist Karl Hoffman yazdığı kitabında daha maraqlı məqamlara toxunub. Onun yazdığına görə, Rokfeller sahilə sağ-salamat çıxa bilib. Burada isə onu yerli aborigenlər qarşılayıb.

Yerlilər hadisədən 5 gün əvvəl hollandlar tərəfindən öldürülən həmyerlilərin qisasını almaq istəyiblər. Hoffman yazır ki, onlar bununla dünyada ədalətin bərpa olunacağına inanıblar. Vəhşilər əvvəlcə onu möhkəm döyüblər. Daha sonra onu yaşadıqları kəndə gətirərək orada onun başını parça-parça ediblər. Sonra ritullarına uyğun olaraq mahnı oxuya-oxuya oğlanın cəsədini bir neçə yerə parçalayıb, beynini çıxarıb yeyiblər.

Rokfellerin yoxa çıxmasının sirrini açmaq üçün Hoffman holland arxivlərini, missionerlərin və Katolik kilsəsinin qeydlərini araşdırmalı olub. Jurnalistin sözlərinə görə, yerli əhali və Hollandiya hökuməti Rokfellerin taleyindən xəbərdar olub, ancaq uzun müddət susublar.

Tarix
2014.03.20 / 19:12
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla