Yuxarı

Duma Krım və Sevastopolun birləşmə qərarını rəsmiləşdirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Duması Krım yarımadası və Sevostopol şəhərinin Rusiyaya birləşmək müraciətini ratifikasiya edib.

"Axar.az"ın rus mediasına istinadən xəbərinə görə, qanunun lehinə 443, əleyhinə 1 deputat səs verib.

Xatırladaq ki, Putin Krımın Rusiyanın tərkibinə daxil olması barədə müqaviləni ratifikasiya etməsi üçün Dumaya göndərmişdi.

Xatırladaq ki, 16 mart 2014-cü ildə Krım Muxtar Vilayətində və Sevastopol şəhərində Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendum keçirilib. Referendumun nəticələrinə görə, seçicilərin 97 faizi Rusiyanın tərkibinə qatılmağa səs verib.

Avropa Birliyi və Qərb Ukraynanın ərazi bütövlüyünü təhdid edən bu referendumu saxta adlandırıb və nəticələrini tanımayıb.

Qeyri-qanuni hesab edilən Krımın yeni hökuməti isə 18 mart tarixində Rusiyaya birləşməklə bağlı müraciət edib.

Müqavilə şərtlərinə görə, 1 yanvar 2015-ci ilə qədər RF tərkibinə daxil olmaqla bağlı "keçid dövrü" tamamlanmalıdır. Müqavilənin Dumada ratifikasiya olunan andan qüvvəyə mindiyi də nəzərdə tutulur.

Buna əsasən demək olar ki, Krım artıq Rusiyanın subyektidir.

Tarix
2014.03.20 / 18:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla