Yuxarı

Gürcüstan prezidenti azərbaycanlıları təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidenti Georgi Marqvelaşvili martın 20-də azərbaycanlıların kompakt yaşadığı Qardabaniyə səfər edib.

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, Qardabani Mədəniyyət Evində Novruz bayramına həsr olunan tədbirdə prezident G.Marqvelaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və Kvemo-Kartli bölgəsinin qubernatoru Georgi Mqebrişvili çıxış edərək Novruz bayramı münasibəti ilə bütün azərbaycanlıları təbrik ediblər.

Prezident G. Marqvelaşvili çıxışında Gürcüstanda yaşayan azərbaycanlılara səadət, xoşbəxtlik arzulayıb: "Gürcüstanda yaşayan bütün həmvətənlərimi, bütün azərbaycanlıları, bu gözəl Novruz bayramı münasibətilə təbrik edirəm, bu gözəl bayramın sevincinə qoşulur, ürəkdən sevinirəm. Mənim Bakıya səfərim zamanı Azərbaycan prezidenti İlham Əliyevlə söhbət zamanı biz azərbaycanlıların Gürcüstanda, gürcülərin isə Azərbaycanda öz adət-ənənələrini qoruyub saxlamağına şad olduğumuzu bildirdik. Mən Bakıda prezident İlham Əliyevə dedim ki, Novruz bayramında mütləq azərbaycanlıların kompakt yaşadığı bölgələrə gedəcək, onlarla birgə Novruz şənliklərində iştirak edəcəyəm. Bakıya səfərim bir çox cəhətdən əhəmiyyətli olub. Mənim Azərbaycanda indi çoxlu dostlarım var. Mən Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm".

Tədbirdə prezident G. Marqvelaşviliyə saz bağışlanıb. Sonra Bahar qızı prezidentə Novruz sovqatı olan şirniyyatla dolu bayram boğçası hədiyyə edib.

Sonra tədbirdə gənc azərbaycanlı və qızların üzv olduğu "Ceyran" folklor ansamblı Azərbaycan və gürcü rəqsləri nümayiş etdirib.

Tarix
2014.03.20 / 18:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla